18 iyul 2024. Cümə axşamı

"Erməniyə məğlub olsaydım bunu özümə bağışlamazdım" - Taleh Məmmədov


"Erməniyə məğlub olsaydım bunu özümə bağışlamazdım" - Taleh Məmmədov
İdmanın demək olar ki, hər sahəsində Azərbaycanın özünəməxsus uğurlu tarixi var. Və gələcəyi də olacaq.     90deqiqe.Az bu dəfə “Qərbi Azərbaycan İdmanı” bölməsində sizi profesional Yunan-Roma güləşçisi Taleh Məmmədovla tanış edəcək.    Həmin müsahibəni təqdim edirik. - Taleh Məmmədovu bizə tanıdın. Kimdir Taleh Məmmədov?   - Məmmədov Taleh Vəli oğlu. Əslən Qərbi Azərbaycanlıyam. Goranboy rayonun Qaradağlı kəndində dünyaya göz açmışam. 9 yaşımda isə dayım məni idmanın yunan-roma güləş növünə yazdırıb. İdman fəaliyyətimə bundan sonra başlamışam.    - Taleh bəy, ən yadda qalan döyüşünüz hansı olub?   - Döyüşlərin içərsində qalib olduğum da var, məğlub olduğum döyüş də. Ən yadda qalan döyüşüm isə son Dünya çempionatında qalib gəldiyim olimpia çempionu kubalı idmançı üzərində qazandığım qələbədir. Bu heç vaxt yaddaşımdan silinməyəcək. Çünki Olimpia çempionu üzərində qələbə qazanmışdım. Ukraynalı idmançıya məğlub olduğum görüşü isə heç vaxt yadımdan çıxara bilmirəm.   - Erməni güləşçi ilə qarşı-qarşıya gəldiyniz görüşdən məğlubiyyətlə ayrılsaydınız nə baş verəcəkdi? Bu sizin idman karyeranıza və həyatınıza necə təsir edəcəkdi?   - Profesional idmançı kimi belə şeylərə qarşıyam. Çünki idmançı hər nə olursa olsun güləş xalçasında və yaxud başqa bir idman növlərində idmançı səbrli olub, hər şeyi səbrlə qarşılamalıdır. Son dünya çempionatında çox aqressiv idim və məğlub olacağım təqdirdə bəlkə də idmançıya yaraşmayan hərəkət edə bilərdim və özümü toparlayırdım ki, belə bir şey olsa çalışım ki, sakit olum. Amma bilmirdim sakit ola bilərdim ya yox. Çünki ilk medalımı qazanmaq istəyirdim. Həmin günü də 77 şəhidimiz var idi. Hər birinin qarşısında baş əyirəm çox aqressiv idim və həyəcan, stress çox keçirdirdim, üzərimdə çox böyük bir məsuliyyət var idi.  Məğlub olsa idim əgər, çalışacaqdım ki, özümü səbrlə sakitcə döşəyi tərk edim gedim. Amma yenə də necə reaksiya verəcəyimi bilmirdim. Erməniyə məğlub olsaydım bunu özümə bağışlamazdım.   - Məşqçi uşaqlarla necə davranmalıdır, daha çox azyaşlı uşaqlara qarşı?   - Məşqçilik mənim yaralı yerimdir. Hər yerindən duran məşqçi işləyə bilməz. Ola bilər ki, onların içərsində Avropa dünya çempionu da olsun, amma onların məşqçilik idarəetməliyi, idmançıya qarşı psixoloji davranışları yerində olmasın deyə həmin adamların məşqçi işləməyi doğru deyil. Rəsmi qurumlar bununla ciddi məşğul olmalıdırlar. 6-7-8 yaşında uşağa profesional məşq keçmək doğru deyil. Çünki bu yaş təbəqələrindəki uşağa nə qədər öyrətsən də o bunu dərk etməyəcək. Bədəni yumuşaqdır  ağır məşqlərə tab gətirməyəcək.    - Taleh bəy, ilk çempionluğunuz haqqında təəssüratlarınızı oxucularınızla bölüşə bilərsinizmi?   - İlk çempionluğum yadda qalan və özümə inam verən bir yarış olmuşdu. Düşünürdüm ki, bu yarışdan sonra ən güclü güləşçi mən ola bilərəm. Yəni Avropa Dünya çempionatlarında medal qazana bilərəm. 2014-cü ildə Bakı şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş qızıl qrandpri turnirinin qızıl mükafatçısı olmuşdum və bu yarışdan sonra özümdə inam yaranmışdı ki, gələcəkdə Avropa və dünya arenalarında da öz sözümü deyə bilərəm.  Bu mənə böyük bit motivasiya olmuşdur.    - Profesional idman karyeranızın ən unudulmaz anı nə olub?   - Ən unudulmaz an erməni güləşçi ilə qarşılaşmada ona işlətdiyim o fənd idi. Bu epizod heç vaxt unudulmayacaq. Düşünürəm ki, bu təkcə mənim yox, bütün idman sevərlərin xatirəsində unudulmaz an kimi qalacaq.   Mehriban Xəlilli  





Müsahibə