- Müsahibə
- 14:31 15.07.2024
“Bunu Qurban Qurbanov və Rəşad Sadıqovda edə bilər”
Bunu 90deqiqe.az saytına müsahibəsi zamanı Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Mahir Şükürov deyib. Həmin müsahibəni təqdim edirik:
- Sizcə Azərbaycan millisinin İsveç üzərində qələbəsi təsadüfi idi?
- Yox düşünmürəm, oyundan öncə də müsahibəmdə qeyd etmişdimki, millimiz bu matca yüksək motivasiya ilə çıxır və ən azından heç-heçə ilə yadda qalacaq. Komandamızda meydana çıxdı, vuruşdu, döyüşdü və sonda 3 xalı aktivinə yazdırdı. Fərdi keyyfiyyətləri yüksək olan oyunçularımız sayəsində bu qələbəni qazandıq.
- Qələbəyə baxmayaraq, stadionda azarkeş sayı az idi. Nə etməliyik ki, hər matç dolu tribunalar görək?
- Bunu hər kəs yaxşı bilir, komanda rəhbərliyidə, futbolçularda, azarkeşlərdə. Sadəcə qələbələrin sayını çoxaltmaq lazımdı. Bizim azarkeşlər futbola küsüb. Gün keçdikcə hər oyun fanat kütləsi azalır. Çünki futbolu sevən şəxs maraqlı matç izləmək üçün arenaya gəlir. İsveç üzərində olan qalibiyyət kimi qələbələrin sayı çox olsa azarkeşlərdə yenidən stadionlara qayıdar. Futbolçularda daha inamlı oyun göstərər.
- Seçməmiz sabah Belçika ilə qarşılaşır, oyundan gözləntiləriniz nələrdir?
- Təbii ki, Belçika bir İsveç deyil. Daha dinamik və sürətli oyun nümayiş etdirirlər. Onlar artıq Avropa çempionatına vəsiqəni təmin ediblər. Lakin bu görüşə arxayın çıxacaqlarını deməyə əsas vermir. 3 xal uçün oynayacaqlar. Heyətlərində Romelu Lukaku kimi hücumçuları var. Hansı ki, Avropada ən çox qol vuran oyunçulardan biridir. Müdafiə xəttimiz çalışıb onu bağlamalıdır. Bütün bunlar baş versə xal və ya həttda xallarda vətənə dönəcəklərinə inanıram.
- Sizcə seçmə mərhələdən sonra baş məşqçi postunda dəyişilik olacaq? Yoxsa Canni de Byaziyə yenidən şans verilicək?
- Canni De Byazi komandada qalsa bu narazılığa səbəb olar. Həm azarkeşlər arasında, həm də mediada. Çünki artıq 4 ilə yaxındır millinin sükanı arxasında olmağına baxmayaraq, ciddi uğuru olmayan baş məşqçidən danışırıq. 7 xal və ya həttda 10 xal qazanılsa belə bu uğur deyil, hansısa uğuru təkrarlamaqdır. Bunu Qurban Qurbanov , Rəşad Sadıqovda edə bilər. Əgər sən milyonlar ayırıb xarici məşqçi gətirirsənsə, qrup mərhələsinə vəsiqə qazanılmasa onu komandadan uzaqlaşdırmalısan. Əslində Sərxan Hacıyev baş katiblik vəzifəsini icra etdikdən bu yana millidə olan inkişaf göz önündədir. Komandaya göstərilən qayğı, diqqət birə-beş artıb. Mən öz adımnan Sərxan müəllimə təşəkkür edirəm. Hər şey qaydasındadır, yalnız qalıb təcrübəli və millimizi ciddi uğurlara daşıyacaq baş məşqçinin olması.