- Müsahibə
- 20:14 15.01.2025
"Qrupdan çıxmaq üçün keyfiyyət çatmır"
Bu fikirləri 90deqiqe.az saytına müsahibəsi zamanı uzun illər Azərbaycan millisinin formasını geyinən veteran futbolçu Ceyhun Sultanov deyib.
Futbol mütəxəssisinin açıqlamasını təqdim edirik:
- Belçika ilə oyunda millimizdən gözləntiləriniz? Sizcə İsveç üzərində qazanılan qələbə Belçikada da tarix yazılacağına işarə ola bilər?
- İsveç üzərində qələbə yaxşı haldır, millimizi təbrik edirəm, yaxşı oynadılar, amma nəzərə alaq ki, İsveçin qrupdan çıxma şansı yox idi, meydana motivasiyasız çıxmışdılar. Sonda qələbə qazandıq və bu, bizdə ruh yüksəkliyi yaratdı, Belçikayada xal lazım deyil, Düşünürəmki orada da xal götürə bilərik, amma bu, çox çətin olacaq
- Ardıcıl əldə olunan 5 qələbə, legioner həyati yaşayan futbolçu çoxluğu və İsveç zəfəri- sizcə indiki millini bütün dövrlərin ən yaxşı Azərbaycan millisi adlandıra bilərik?
- İndiki heyət tarixin ən yaxşı heyətlərindən biridir. Amma yenədə yetərli deyilki, sonda böyük nəticə olsun. Qrupdan çıxmaq üçün keyfiyyət çatmır. Gələcəkdə daha çox keyfiyyətli futbolçu olarsa, Azərbaycan millisidə Avropa çempionatı həttda Dünya çempionatında iştirak edə bilər.
- Sizcə seçmə mərhələnin yekununda Canni De Byaziyə yenidən şans veriləcək?
- Bilirsiz artıq bu sualı cavablandırmaqdan yorulmuşam, mən ilk gündən deyirəm, indidə deyəcəm, De Byazinin bizə verə biləcəyi bu qədər idi. Çünki insan tsiklın axırında 2 qələbə qazanır, heç kimə lazım olmayan oyun udur, xal ehtiyyatını artır və bittdi. Əgər məqsəd qrupdan çıxmaq deyilsə De Byazinin qalıb işləməyinin heç bir mənası yoxdur.