“Başa düşməlidir ki, hansı ölkədədir və hansı ölkənin millisinə rəhbərlik edir!.”
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində millimizin Belçikaya 0:5 hesablı məğlubiyyəti, təbii ki, azərbaycanlı olaraq hamımızı üzdü. Ancaq bundan daha üzücü olan baş məşqçi Canni De Byazinin oyundan sonra jurnalistlərə dediyi sözlər, daha doğrusu, həmkarlarımızı "axmaq” adlandırması oldu. Düzdür oyundan sonra AFFA-nın baş katibi Sərxan Hacıyev onun adından media nümayəndələrindən üzr istədi. Şübhəsiz, bu idman mediası üçün kifayət edə bilməz. Bəs De Byazinin cavabı necə verilməlidir?
Tanınmış idman jurnalisti, Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin prezidenti məsələyə münasibətini bildirib. Həmkarımız 90deqiqe.az-a müsahibəsində AFFA-nın qısa zaman kəsiyində lazimi addım atmasının labüdlüyündən danışıb:
- Milli komandamızın baş məşqçisi Canni de Byazi ilə yenə də jurnalistlər arasında problem yaşandı. Buna qədər bir dəfə də, italiyalı mütəxxəsislə səfər matçından sonra idman jurnalistləri arasında “qalmaqal” yaşanmışdı. Bu dəfə isə De Byazi etdiyi hərəkətlərlə son nöqtəni qoydu. Təəsüflənirik, bu hal yol verilməzdir. Buna qədər Canni De Byazi İtaliya mətbuatında da, millimizə qarşı xoş olmayan ifadələr işlətmişdi. Ölkəmiz və futboldan danışarkən kobud ifadələrlə yadda qalmışdı, daha sonra isə yerli mətbuata açıqlamalar verdikdə bunu təkzib etmişdi, xarici mediada fikirlərinin yalnış anlaşıldığını söyləmişdi. Bu dəfə ki davranışı isə birbaşa yerli idman jurnalistlərinə qarşı edilən kobudluq idi və peşəkarlığa yaraşmadı. De Byazi mətbuat konfransında jurnalistləri “axmaq” adlandırmaqla medianın nə qədər vacib rol oynadığını bilmədiyini göstərdi. Ölkənin ziyalı təbəqəsinin, idman dünyamızın güzgüsü olan idman jurnalistlərinin, ümumilikdə media işçilərinin bu cür tənqidə layiq olmadığını bilməlidir!. Başa düşməlidir ki, hansı ölkədədir və hansı ölkənin millisinə rəhbərlik edir!. Azərbaycan seçməsində karyerasının sonunuda yaşasa, milliyə, mediayaya və ən əsası bu dövlətin insanına bunu etməməlidir. Bizdə İdman Jurnalistləri İctimai Birliyi olaraq bununla bağlı bəyanat verdik, kəskin etiraz verdik. Ümid edək ki, qısa zaman kəsiyində AFFA bununla bağlı lazimi addımı atar.