- Müsahibə
- 20:14 15.01.2025
“Bir azərbaycanlı sponsor çıxıb, komandaya dəstək ola bilmir!”
90deqiqe.az xəbər verir ki, kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları maddi səbəblərə görə dağılmaq üzrədir. “Xarı Bülbül Şuşa” hətta bu səbəbə görə Çağırış kubokunun cavab oyunu çərçivəsində “Panatinaikos”la oyun üçün Yunanıstana yollanmaya bilər. “Xarı Bülbül Laçın” klubunun baş məşqçisi Cavid Süleymanov vəziyyətin gərgin olduğunu bildirib.
3 ayırki hər iki komandanın maddi sıxıntıları var. “Xarı Bülbül Şuşa” klubu Avropada bizi təmsil edir, Laçın kollektivi isə Azərbaycan çempionatında mübarizə aparır. Hər iki klub çempionluq üçün qurulmuş kollektivdir. Laçin təmsilçisi əsasən azərbaycanlılardan qurulub, Şuşa təmsilçisi isə legioner oyunçulara güvənən komandalaradır. Amma hər iki kollektivin məqsədi azərbaycan idmanına xidmət etməkdir. Özünüz bilirsinki, 3 ay bundan qabaq bu kluba Hacı Nuran gəldi, rəhbərliyə, bizə böyük vədlər verildi. Hər şeyin qaydasında olacağı söylənildi. Sponsorların cəlb edilməsi gündəmdə idi. 3 ay bu vəziyyətə məcbur dözdük, amma artıq dünən səbrimiz tükəndi. Maaşlar ödənilmir və voleyboyçular meydançaya çıxmaqdan imtina etdilər. Federasiya məcbur qalıb, oyunçuların 1 aylıq məvacibini ödədilər. Amma bu, onların məsuliyyəti altında deyil. Sponsorlar olsa bu məsələləri onlar həll edər. Cəmi 3 gün sonra biz “Panatinaikos”la matç üçün Yunanıstana getməliyik. Amma komandanın üzvləri üçün heç biletlərdə alınmayıb. Fikirləşin məsələ nə qədər ciddidir. Bir azərbaycanlı sponsor çıxıb, komandaya dəstək ola bilmir. Bu ciddi problemdir.