5 fevral 2025. Çərşənbə

Vüsal İsgəndərli : "Qışda "Eqnatiya"dan ayrıla bilərəm!" - EKSKLÜZİV MÜSAHİBƏ

"Həmin görüşdə komanda yoldaşımın ürəyi tutdu və onu xilas edə bilmədik"


Vüsal İsgəndərli : "Qışda "Eqnatiya"dan ayrıla bilərəm!" - EKSKLÜZİV MÜSAHİBƏ

"Həmin görüşdə komanda yoldaşımın ürəyi tutdu və onu xilas edə bilmədik"

"Son matçda 2 qol epizodum oldu" 

Bu sözləri 90deqiqe.az saytına eksklüziv müsahibə verən Albaniyanın "Eqnatiya" klubunda oynayan azərbaycanlı futbolçu Vüsal İsgəndərli söyləyib. O, Albaniya çempionatının son turunda keçirilən "Eqnatiya" -"Partizani" matçında komanda yoldaşının ürək tutmasından da danışıb.

"Həmin matç bizim üçün çox agır keçdi, Görüşün əvvəlində böyük fasilə yarandı. Buda komanda yoldaşımın ürəktutması ilə bağlı idi. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Matçın davamı isə bizim üstünlüyü şəraitində keçdi. Qol imkanlarımız çox oldu, təkcə mənim 2 qol vurmaq şansım var idi, amma bundan yararlana bilmədim. Növbəti matç "Laçi" ilə səfərdə olacaq. İndi həmin görüşə hazırlaşırıq. Qarşımıza çempionluq hədəfi qoyulub və bu yolda inamla addımlamaq istəyirik. 

28 yaşlı vinger qış transfer pəncərəsində klubu tərk etmək ehtimalının olduğunu söyləyib. 

"Qışda "Eqnatiya"dan ayrıla bilərəm. Yaxşı təkliflər var. Sadəcə bilmirəm müqaviləm davam etdiyi üçün klub nə qədər pul istəyəcək."







Müsahibə