- Müsahibə
- 12:59 03.02.2025
“Qış transfer pəncərəsində təklif ola bilər”
Bu sözləri 90deqiqe.az saytına eksklüziv müsahibə verən azərbaycanlı futbolçu Musa Qurbanlı söyləyib. O, qış transfer pəncərəsində yaxşı təkliflər olsa dəyərləndirəciyini qeyd edib.
“Hazırda bu məsələ mənim üçün gündəmdə deyil, indi yalnız “Yurqorden”in uğurları üçün çalışmağı düşünürəm. Artıq İsveç çempionatında mövsüm geridə qaldı. Gələcək mövsümdə əlimdən gələni edib komandama fayda vermək istəyirəm. Transfer məsələsinə gəlincə yaxşı təkliflər olsa, əlbəttdə dəyərləndirəcəm. Lakin hələ ki, belə bir təklif yoxdur.