5 aprel 2025. Şənbə

"Qarabağ" tarixində ilk dəfə Avropa Liqasında qrup adlayacaq"

"Bunun əksi dünyanın 8-ci möcüzəsi olar"


"Qarabağ" tarixində ilk dəfə Avropa Liqasında qrup adlayacaq"

"Qarabağ" tarixində ilk dəfə Avropa Liqasında qrup adlayacaq"

"Bunun əksi dünyanın 8-ci möcüzəsi olar"

Bu sözləri 90deqiqe.az saytına müsahibə verən tanınmış jurnalist Mehman Süleymanov söyləyib. Onun fikrincə "Qarabağ" növbəti mərhələyə yüksəlməsə bu dünyanın VIII möcüzəsi olacaq.


""Qarabag" tarixində ilk dəfə Avropa Liqasında qrup adlayacaq. Buna adım kimi əminəm. Mənə görə Ağdam təmsilçisi son turda bu fürsəti əldən versə bu dünyanın VIII möcüzəsi olar. Komandanın son turda səfərdə "Mölde"dən vacib 1 xal alması, indi bizim belə əmin danişmağımıza zəmin yaradıb. Qarabağ 10-cu ildir, yubiley mövsümündə avrokuboklarda mübarizə aparır. Komanda daha əvvəl UEFA Avropa Konfrans liqasında 2 dəfə pley-off oynayıb. Lakin kluba ən doğma turnir elə məhz UEFA Avropa liqasıdır. Bəli əvvəllər qitə yarışlarında hər şey son turda həll edilirdi. Daha çox qrupda olan digər komandaların son turdakı çıxışından aslı idik. İndidə eyni situasiya var. Amma indiki vəziyyətdə hər şey lehimizədir. Bu dəfə "Hekken" üzərindəki qələbə bizi qrupdan çıxaracaq"







Müsahibə