9 may 2024. Cümə axşamı

“İnanırıq ki, Qərbi Azərbaycanda gənclərimiz böyük qələbələr qazana bilərlər” - FOTOLAR

“İnanırıq ki, Qərbi Azərbaycanda gənclərimiz böyük qələbələr qazana bilərlər”


“İnanırıq ki, Qərbi Azərbaycanda gənclərimiz böyük qələbələr qazana bilərlər” - FOTOLAR

“İnanırıq ki, Qərbi Azərbaycanda gənclərimiz böyük qələbələr qazana bilərlər”

90deqiqe.az xəbər verir ki, bu sözləri saytımıza eksklüziv müsahibə verən BƏƏ-nin Dubay şəhərində keçirilən UAE CUP 2023 “6th İnternational Rhytmic Gymnastics Competition” -də iki idman aləti ilə ilk yerə layiq görülən Selin Qasımlının valideyni Qalib Qasımlı söyləyib. Həmin müsahibəni təqdim edirik:

“Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli, mötəbər idman yarışları, idmançılarımızın qazandıqları nailiyyətlər Azərbaycanı idman ölkəsi kimi tanıtmışdır. Dövlətin Ali rəhbərliyinin, xüsusən Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın idmana böyük və danılmaz qayğısı var. Qızımız, 7 saylı orta məktəbin şagirdi, Bakı Gimnastika Məktəbinin yetirməsi, Qərbi Azərbaycan İcmasının azyaşlı üzvlərindən olan Selin Qasımlı BƏƏ-nin Dubay şəhərində keçirilən UAE CUP 2023 “6th İnternational Rhytmic Gymnastics Competition” -də iki idman aləti ilə (gürz və top) 1-ci yerə layiq görülmüşdür. Bu qələbənin qazanılmasında “Baku Gymnasitics School of Olimpic Reserves”ə, məşqçimiz Sabina Qaratovaya, xoreografımız Çinara Məmmədovaya zəhmətlərinə görə minnətdarıq.”

Qalib Qasımlı bu yarışların gələcəkdə Qərbi Azərbaycana qayıdaraq orada təşkil edilməsini və uğurların sıralanmasını istədiyini söyləyib.

“İdman ilk növbədə yarışdır. Burda qazandığın hər hansı  bir uğur səni əsla arxayın salmamalıdır. Selin də məhz daha yeni nəticələrə nail olmaq üçün öz üzərində daim işləməli olduğunu anlayır. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Öz Vətənimizə sülh yolu ilə ləyaqətli dönüşümüzə inanırıq. Vətəndən uzaqda olmaq, öz doğmalarının məzarlarını ziyarət edə bilməmək çətin hisslərdir. Biz inanırıq ki, əgər o torpaqlara qayıda bilsək hazırda boş qalan yurd yerlərimiz bizim doğma, isti nəfəsimizlə yenidən dirçələcək. Bunu biz işğaldan azad olunmuş  Qarabağ və Şərqi Zəngəzurda görürürük. İnanırıq ki, Qərbi Azərbaycanda da belə ola bilər. Məhz öz doğma Vətənində idman yarışlarına hazırlaşan gənclərimiz daha böyük qələbələr qazana bilərlər. Deyirlər idman gimnastikadan başlayır. Mənim təsəvvürümdə bədii gimnastika ən çətin idman növlərindən biri, bəlkə də birincisidir. 2024-cü ildə bədii gimnastika sahəsində maraqlı hadisələr gözlənilir. Müxtəlif səviyyəli yarışlar olacaq. Selin də öz mənsub olduğu məktəbi layiqincə təmsil etməyə çalışır. Buna görə də məsuliyyət hissini müşahidə edirik.”







Müsahibə