- Müsahibə
- 13:32 26.11.2025
"Ümid edirəm ki, qələbə qazanaraq Azərbaycan xalqını sevindirəcəklər."
90deqiqe.az xəbər verir ki, bu sözləri saytımıza eksklüziv müsahibə verən sabiq "Qarabağ"lı futbolçu Elvin Məmmədov söyləyib.
Həmin müsahibəni təqdim edirik:
-"Qarabağ" tarixində ilk dəfə Avropa liqasınin pley-offuna yüksələ bilər. "Hekken"lə qarsılaşmada komandanın çıxışından gözləntiləriniz nələrdir?
- "Qarabağ"a uğurlar arzu edirem. Ümid edirəm ki, qələbə qazanaraq Azərbaycan xalqını sevindirəcəklər. Ağdam təmsilçisindən bunu gözləyirem ve buna inanıram."
- Əgər komanda növbəti mərhələyə yüksələrsə, Çempionlar Liqasından gələcək hansi komanda "Qarabağ" üçün münasib sayıla bilər?
- "Burada olan rəqiblerin hər biri top komandadır, yəni reqiblerin her biri güclüdü. Ümumilikdə Çempionlar Liqasında zəif kollektiv olmur. Mən istərdimki pley-offdakı rəqib "Yanq Boys" olsun. "Qarabağ" əksər komanda ilə mübarizə aparmaq qadirindədir. Amma bu rəqibi keçmək şansı daha yüksək görünür."
Qeyd edək ki, veteran futbolçu 2009-2011 və 2015 mövsümündə "köhlən atlar"ın formasını geyinib. "Qarabağ"la 88 matçda meydana çıxan Elvin Məmmədov 5 qolla yadda qalıb