5 dekabr 2025. Cümə

"Düşünürəm ki, "Hekken"lə matç rahat olmayacaq"

"Qurban Qurbanov elə baş məşqçidir ki....."


"Düşünürəm ki, "Hekken"lə matç rahat olmayacaq"

"Düşünürəm ki, "Hekken"lə matç rahat olmayacaq"

90deqiqe.az xəbər verir ki, bu sözləri saytımıza eksklüziv müsahibə verən sabiq "Qarabağ"lı və "Hipers" klubunun baş məşqçisi Vüqar Nadirov söyləyib. 

Həmin müsahibəni təqdim edirik:

- UEFA Avropa Liqasında yeganə təmsilçimiz "Qarabağ" İsveç klubu "Hekken"lə vacib matça çıxır. Artıq görüşə saatlar qalıb. Ağdam təmsilçisindən necə çıxış gözləyirsiz?

"Komanda artıq işin 80-90%ni həll edib. Geridə qalır bu matçda xallar qazanmaq. Düşünürəm ki, "Hekken"lə matç rahat olmayacaq. Çünki İsveç təmsilçisinin itirəcəyi heçnə yoxdur. Onlarda meydanda maksimum mübarizə aparacaqlar"

- İlk dəfədiki "Qarabağ" komandasının taleyi öz əlindədir. Sizcə matç gedişində də bu situasiya davam edəcək?

"Bilirsiz mən özümdə Qurban Qurbanovla çalışmışam. O, elə bir baş məşqçidirki, heç vaxt təkəbbürü sevmir. Komandanı elə hazırlaşdırır ki, futbolçular yalnız oyuna köklənir. Digər hallar nəzərə alınmır"

- Heyətdə fərqləndirdiyiniz hansısa oyunçu var?

"Oyunu ilə ön plana çıxan futbolçular çoxdur "Qarabağ"da. Amma bu kollektiv oyunudur. Yəni hansısa mövqedə çatışmazlıq olsa, axsamalar yaşana bilər. Zubir olmasa sol cinah zəif görünər və ya Juninyo olmasa hücum. Eyni ilə də yarımmüdafiə və müdafiə xəttində. Futbolçular bir-birilərindən aslıdır"







Müsahibə