5 dekabr 2025. Cümə

Rövşən Hüseynli : "Azda olsa şansımız var"

Millimizin qapıçısı Niderlandla matç barəsində danışdı


Rövşən Hüseynli : "Azda olsa şansımız var"

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq.

90deqiqe.az xəbər verir ki, A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşacaq. Yığmamızın qapıçısı Rövşən Hüseynli Niderlandla matçdan gözləntilərini bölüşüb. 

"Əlbətdəki istəyimiz və məqsədimiz yalnız qələbədir. Düzdür ilk oyunla müqayisədə heyətdə ciddi dəyişiklər var. Əksər futzalçılar ölkə çempionatında iştirak edən yerli oyunçulardan təşkil olunub. Buna baxmayaraq amalımız dəyişmir. Biz əgər Azərbaycanı təmsil ediriksə, əynimizə millinin formasını geyiniriksə, yalnız qələbə üçün vuruşmalıyıq. Kollektivdə atmosferdə çox yaxşıdır. Azərbaycanın ruhu və istəyi var. Qalibiyyət üçün meydanda vuruşacıyıq. Bundan əvvəl ki, Rumıniya matçında da qələbə ruhu hiss edilirdi. Şanslar haqqında danışsaq əgər, hələ də azda olsa şansımız var. Əvvəlcə bu, matçda qalib gəlib, sonra isə D qrupunda Sloveniya və İtaliya millilərinin məğlubiyyətini gözləməliyik."

 

Son tur ərəfəsində Azərbaycan yığması 4 xalla sonuncu pillədə qərarlaşıb, Niderlandın isə hesabında 6 xal var. Millimiz qələbə qazanacağı təqdirdə, qrupu ikinci pillədə tamamlaya bilər. Komandanın pley-off mərhələsinə vəsiqə qazanıb-qazanmayacağı isə digər qruplardakı nəticələrdən də asılı olacaq.







Müsahibə