5 dekabr 2025. Cümə

İmaməddin Xəlilov : İli 7 medalla başa vurdum"

Növbəti hədəf paraolimpiya medalıdır"


İmaməddin Xəlilov : İli 7 medalla başa vurdum"

2023-cü ilin medal sayına və uğurlarına görə qabaqcıl idmançısı sayılan paratekvondçusu İmaməddin Xəlilov bitməkdə olan ili dəyərləndirib.

90deqiqe.az saytına eksklüziv müsahibə verən paratekvondoçu növbəti hədəflərindən də danışıb. Həmin müsahibəni təqdim edirik:

"İngiltərənin Mançester şəhərində parataekvondo üzrə Qran-prinin final mərhələsi bürünc əldə etdim. Meksikada keçirilən dünya çempionatında və Meksikanın Verakrus ştatındakı Qran-pridə qızıl, Parisdə Qran-prisində də bürünc, Cənubi Koreyada isə qazandığım qızıl mükafat mənim üçün ciddi uğurlar oldu. Hazırda dünya reytinqində ilk pillədə qərarlaşmışam və Paris -2024 Yay Paralimpiya oyunlarına lisenziyanı təmin etmişəm. İndi əsas hədəfim orada bayrağımızı dalğalandırmaqdır"







Müsahibə