- Müsahibə
- 22:18 20.10.2024
"Panatinaikos"un yeni baş məşqçisi Fatih Terim Yunanıstan mətbuatına müsahibə verib.
90deqiqe.az xəbər verir ki, bu gün Afinaya yola düşən "Panatinaikos"un yeni baş məşqçisi Fatih Terim Yunanıstan mətbuatına müsahibə verib. Həmin açıqlamanı təqdim edirik:
"Düşünməyə ehtiyac duymadım. Şərtlərlə razılaşdım. "Panatinaikos"un çempionluğu üçün burdayam. Hara gedirəmsə gedim, qazanmaq üçün gedirəm. Kağıza imzanı təkcə qələmlə yox, ürəyimlə atıram. Bu vərdişimi bu liqada da davam etdirəcəm. Uzun müddətdir ki, Yunanıstan Liqasını izləyirəm. Çox gərgin və uzun yol bizi gözləyir"