17 iyul 2026. Cümə

TAHİR BAXŞIYEV : "2024-cü ilin fevralında 2 matçımız olacaq"

"Mənə etimad edirlərsə bunun qarşılığını maksimum şəkildə verməyə çalışmalıyam"


TAHİR BAXŞIYEV : "2024-cü ilin fevralında 2 matçımız olacaq"

"2024-cü ilin fevralında 2 matçımız olacaq"

Bu sözləri 90deqiqe.az saytına müsahibə verən kişi basketbol millimizin çalışdırıcısı Tahir Baxşıyev söyləyib. O, 2023-cü ili dəyərləndirməklə yanaşı, milli komandanın gələn il üçün hədəflərindən bəhs edib. 

- 2023-cü ili necə dəyərləndirərsiz?

- "Bu il çempionat ötən ilkindən daha gərgin keçir. İlin ilk hissəsini NTD İNDİGO olaraq 2-ci pillədə bitirdik. qarşıdakı matçlar daha çətin olmalıdır, çünki komandalar hamısı daha da güclənəcək. Boşluq verməli deyilik, çünki hədəfimiz çempionluqdur."

- Milli komandaya yeni təyinat almısınız, yığmanın növbəti il üçün planları nədir?

"Baş məşqçi təyinatına görə federasiyaya təşəkkür edirəm. Mənə etimad edillərsə bunun qarşılığını maksimum şəkildə verməyə çalışmalıyam. 2024-cü il. fevral ayında millini İsveçrə və Kosovo ilə qarşılaşmalar gözləyir. Uşaqların  hamısı ilə ünsiyyətdəyəm. Fevralın əvvəli Türkiyəyə təlim məşq toplanışına yollanacayıq. Daha sonra isə yekun heyətlə İsveçrəyə matça  gedəciyik."

- Heyətdə hər hansı ciddi dəyişiklik gözlənilir?

"Milli komandada əlbətdəki gənclərə daha çox yer ayrılacaq. Lakin təcrübəli oyunçularda komandaya dəstək üçün qalmalıdır. Sonda ən güclü 12 basketbolçu heyətdə yer alacaq."







Müsahibə

"Səbail" də yeni baş məşqçi
  • Müsahibə
  • 23:19 18.06.2026
"Səbail" də yeni baş məşqçi