- Müsahibə
- 22:18 20.10.2024
Yanvarın 17-dək Antalyada hazırlığını davam etdirəcək “Turan Tovuz” ilk yoxlama oyununa 9 yanvar tarixində çıxacaq. Komandanın Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq.
90deqiqe.az saytına müsahibə verən "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov sabahki matçda qalib gələcəklərini söyləyib. Həmin açıqlamanı təqdim edirik:
"Yanvarın altısından etibarən məşqlərə daha istəkli strart verdik. Legioner futbolçularda məşqlərimizə qatıldı. Sabah güclü komanda ilə qarşılaşacayıq. İnanırıq ki, qələbə qazanacayıq. Ümumilikdə iki həftəlik təlim məşq toplanışını yüksək səviyyədə keçirməyə çalışacıyıq. Zədə sayı çoxdu, ümid edirik ki, bu məsələ qisa müddətə həsr olunacaq. III və IV dövrə daha gərgin keçəcək."
Qeyd edək ki, hazırlıq çərçivəsində növbəti oyunlar isə 15 yanvar tarixində keçiriləcək. Həmin gün baş məşqçimiz Ayxan Abbasov 2 oyununda komandanı sınaqdan keçirəcək. Günün ilk oyununda komandamız Macarıstan təmsilçisi “Şiofok”la qarşılaşacaq. İkinci oyundakı rəqibimiz isə Özbəkistan yüksək liqa təmsilçisi “Nasaf” olacaq