- Müsahibə
- 22:18 20.10.2024
Azərbaycan basketbol liqasında qısa fasilə bitmək üzrədir. Artıq bu gün 10-cu tura start veriləcək. Çempionatın qalan hissəsinə hazırlaşan klublardan bir də “Xırdalan”dır.
90deqiqe.az xəbər verir ki, Azərbaycan Basketbol liqasının 10-cu turunda “Şəki” ilə qarşılaşacaq “Xırdalan” məşqlərini davam etdirir. “Xırdalan”ın əsas basketbolçularından biri Cakori Arçi komandası və çempionat barədə düşüncələrini bölüşüb.
"Mövsüm uzun davam edəcək. Biz hər həftə daha yaxşı olmağa çalışırıq. Liqa çox çətindir. Buna baxmayaraq, yaxşı nəticələr əldə edəcəyimizi düşünürəm. Əlbəttə ki, mənim şəxsi hədəflərim var, Mövsümü bombardir kimi tamamlamaq gözəl olardı, ancaq əsas məqsədim komandama faydalı olmaqdır. Mövsümün qalan hissəsində bizi çətin oyunlar gözləyir. Matçlara detallı hazırlaşırıq. Bu bir mübarizədir və mən bunu sevirəm. İkinci yarıya da hazıram."