- Müsahibə
- 22:18 20.10.2024
90deqiqe.az xəbər verir ki, qış fasiləsini Bakıda keçirən “Qarabağ” kollektivi artıq bir neçə gündür ki, “Azersun arena”da bir araya gəlib. 3 cəbhədə mübarizə aparan Ağdam klubu mövsümün ikinci yarısı üçün hazırlıqlarını tam sürətlə davam etdirir.
Ağdam təmsilçisinin ulduz futbolçusu Maksim Medvedev də qış hazırlığını dəyərləndirərək komandanın mövsümün ikinci yarısı üçün maksimum şəkildə hazırlaşdığını söyləyib:
"Fasiləyə yaxşı əhval ruhiyyədə çıxmışdıq. Çünki ötən ilki nəticələrimiz buna imkan verirdi. Hazırda komandada vəziyyət yaxşıdı. Cəmi bir zədəli futbolçumuz var. O da bu yaxınlarda sıralamıza qoşulacaq. Əksəriyyətimiz futbol üçün darıxmışıq. Məşqlərdə çalışırıq ki, ən qısa zamanda ən yüksək formamızı yığaq. Qarşıda çətin oyunlarımızda var. Bakıda qalmağımız baş məşqçi Qurban Qurbanovun qərarı idi."
34 yaşlı müdafiəçi qış fasiləsinin önəmindən də danışıb.
Misli Premyer Liqasında olan digər komandalarla müqayisədə 3 cəbhədə mübarizə aparırıq. Bu səbəblə heyətdə yorğunluq olur. Qış fasiləsi bu cəhətdən bizim üçün çox önəmlidir.
Sonda Maksim "Braqa" matçından gözləntilərini bölüşüb.
Hələ "Braqa"nı tam analiz etməmişik. Şanslar 50/50dir. Güclü olan tərəf Avropa Liqasında növbəti mərhələyə yüksələcək