- Müsahibə
- 22:18 20.10.2024
Rusiyada yaşayan azərbaycanlı boksçumuz erməni idmançılarla döyüşlərindən danışıb.
90deqiqe.az saytına müsahibə verən 28 yaşlı Emil Novruzov indiyə qədər 3 dəfə erməni idmançı ilə üz-üzə gəldiyini bildirib:
"Əlbətdəki bütün döyüşlərə hazırlığım ciddi səviyyədə gedir. Erməni idmançının rəqibim olduğunu eşidəndə isə məşqlərimi daha aqresiv və daha istəkli şəkildə aparırdım. Çünki bu düşməndi və uduzmaq variantın yoxdur. Sonuncu dəfə erməni ilə qarşılaşdıqdan sonra turnir davam etdiyi dövrdə II Qarabağ müharibəsi başlamışdı. Və o, döyüşdən etyibarən çıxdığım yarışlarda qələbələrimi şəhidlərimizə həsr edirdim. Qalib olmaq, bu sözləri səsləndirmək və ölkəmizin müzəffər ordusunun işğal altında olan torpaqları azad etməsi ilə fəxr edirəm"
Qeyd edək ki, 2014-cü ildən Rusiyada yaşayan Emil peşəkar rinqdə 12 qarşılaşmada qalib olub.