29 iyun 2026. Bazar ertəsi

Sənan Süleymannov : "Çox gərgin mübarizə var idi"

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə ilin ilk reytinq turnirini komandamız 7 medalla başa vurdu.


Sənan Süleymannov : "Çox gərgin mübarizə var idi"

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə ilin ilk reytinq turnirini komandamız 7 medalla başa vurdu. 2 qızıl, 1 bürünc medalla yadda qalan yunan-Roma güləşçilərimiz turnirin qalibi oldu. Daha 3 bürünc sərbəst güləşçilərimizin, 1 bürünc isə qadın millimizin payına düşdü.

90deqiqe.az saytına açıqlama verən “Zaqreb Open”də medal qazanan idmançılardan yunan-Roma güləşçimiz Sənan Süleymanov turnirlə bağlı maraqlı fikirlər səsləndirib : 

"Dünya çempionatından sonra zədəli idim. Məşqlərimi bərpa etmə zamanım çox az oldu. Təlim məşq toplanışından sonra bu yarışa yollandıq. Turnirə gələndə özümü o qədərdə yaxşı formada hiss etməsəm də, özümə çox inanırdım. İnandığım üçün bu qələbəni əldə etdim. Çox gərgin mübarizə var idi. Turnir bir çox ölkələrdə seçim xarakteri daşıyırdı"

 







Müsahibə

"Səbail" də yeni baş məşqçi
  • Müsahibə
  • 23:19 18.06.2026
"Səbail" də yeni baş məşqçi