- Müsahibə
- 21:21 11.02.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Yanvarın 4-dən 14-nə qədər Türkiyənin Antalya şəhərində baş məşqçi Miodraq Bojoviçin rəhbərliyi altında qış-təlim toplanışında olan “Neftçi” iki yoxlama görüşündə qüvvəsini sınayıb.
90deqiqe.az xəbər verir ki, “Ağ-qaralar” Türkiyənin “Ərzurumspor” kollektivinə 1:3, Almaniyanın “Valdhof” klubuna isə 0:3 hesabı ilə məğlub olub. Bu müddət ərzində hücumçu Aaron Olanare ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən paytaxt klubu heyətini Syerra-Leonedən olan futbolçu Alfa Konte ilə gücləndirib. 23 yaşlı vinqer ilə 2 il yarım + 1 illik müqavilə bağlanıb. Qış-təlim məşq toplanışını başa vuran “Neftçi” Misli Premyer Liqasının növbəti – 19-cu turu çərçivəsində “Sabah”a qarşı keçirəcəyi oyuna hazırlaşır. “Ağ-qaralar”ın heyətində zədəli olan Qara Qarayev və Rizuan Mirzov istisna olmaqla, digər futbolçular komanda ilə məşq edir. Komandanın heyətində ilk rəsmi matçına hazırlaşan baş məşqçi Miodraq Bojoviç həm Antalya toplanışını dəyərləndirib, həm də “Sabah”la görüşə hazırlıqla bağlı danışıb:
“Antalyadakı hazırlıq zamanı komandada fiziki yükləmələr olurdu. Bu isə bizim oynumuza təsir edirdi. Düzdü, hazırlıq matçlarında qələbə qazansaq daha yaxşı olardı, amma mənə görə bu, o qədər önəmli deyil. “Sabah”la görüşə qədər komandanın fiziki hazırlığının daha yaxşı olacağına ümid edirəm. Var-gücümüzlə görüşə hazırlaşırıq. Mən Murad Musayevə qarşı yox, biz komanda olaraq “Sabah”a qarşı görüşə hazırlaşırıq. Eynilə onlar da! Rəqibin çox yaxşı heyəti var, ancaq onların turnir cədvəlində qərarlaşdığı pilləni görəndə çox təəccübləndim. İstənilən halda bizi çətin və gərgin oyun gözləyir. Amma əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, uğurlu nəticə əldə edək”.