27 iyul 2024. Şənbə

Ziya Rəcəbov: "Bizi sadəcə yola verdilər" - EKSKLÜZİV

"İlqar İmamquliyev həmişə öz cibindən pul xərcləyib"


Ziya Rəcəbov: "Bizi sadəcə yola verdilər" - EKSKLÜZİV

"İlqar İmamquliyev həmişə öz cibindən pul xərcləyib"

Bu sözlər 90deqiqe.az saytına eksklüziv müsahibə verən “Xarı Bülbül Şuşa” komandasının baş məşqçisi Ziya Rəcəbov deyib.

Açıqlamanı təqdim edirik:

"Bu klub 2022-ci ildə yaranmışdı. Həmin dövrdə mənə baş məqçi olmağımla bağlı təklif olmuşdu. Lakin İndoneziyaya getdiyim üçün, həmin vaxta təklifi geri çevirmək məcburiyyətində qalmışdım. Komandanın dağılmağı ilə bağlı onu deyə bilərəm ki, rəhbərliyin gücü yetmədi artıq. İndiyə qədər İlqar İmamquliyev öz ayaqları üzərində dayanaraq, klubu qorumağa çalışdı. Lakin bu il avrokuboklarda da aparılan mübarizə və digər nüansları nəzərə alsaq, mailiyyə problemlərimiz bitmədi. Hacı Nuranda bildiyiniz kimi kluba gəldi, getdi, hansı onunda hansı vədləri verdiyini çox yaxşı bilirsiniz. Yaranan qalmaqaldan sonra “Panatinaiokos” səfərinə getmək üçün Federasiya tərəfindən pul ayrıldı və bir aylıq maaşlarımız köçdü. Ondan sonra isə hər şey yenidən əvvəlki vəziyyətinə qayıtdı. Bir sözlə bizi sadəcə yola verdilər. İlqar İmamquliyev həmişə öz cibindən pul xərcləyib".

Qeyd edək ki, ötən gün klubun təsisçisi İlqar İmamquliyev mətbuata açıqlamasında kollektivin dağılmasını təsdiqləyib.







Müsahibə