27 iyul 2024. Şənbə

Dadaş Dadaşbəyli : "Bu turnir mənim dördüncü lisenziya xarakterli yarışım olacaq" -EKSKLÜZİV MÜSAHİBƏ

"Hədəfimiz yalnız lisenziya xallarımızı artırıb olimpiyadaya yollanmaqdır"


Dadaş Dadaşbəyli : "Bu turnir mənim dördüncü lisenziya xarakterli yarışım olacaq" -EKSKLÜZİV MÜSAHİBƏ

90deqiqe.az xəbər verir ki, 2024-cü ilin ölkə idmanı üçün ilk beynəlxalq turnirlərindən biri Ağırlıqqaldırma üzrə Avropa çempionatına təsadüf edəcək. Bolqarıstandanın paytaxtı Sofiayada təşkil olunacaq yarışa Azərbaycan Ağırlıqqaldırma Federasiyası tam heyətlə yollanacaq.

Turnirdə ölkəmizi təmsil edəcək ən titullu atletlərimizdən biri Dadaş Dadaşbəyli 90deqiqe.az saytına eksklüziv açıqlama verib. 

Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-Pri yarışının qalibi, Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatının qızıl,Ər-Riyadda keçirilən dünya çempionatının bürünc medalçısı. Dəfələrlə Azərbaycan çempionu, Azərbaycan rekordçusu, idman ustası olan 27 yaşlı atlet dördüncü dəfə lisenziya xarakterli turnirdə iştirak edəcəyini söyləyib. :

"Bəli ağırlıqqaldırma üzrə 2024-cü ilin ilk önəmli turniri başlayir. Avropa çempionatı. Lisenziya xarakteri daşıdığı üçüb bu yarış həm mənim üçün həm də digər idmançılar üçün çox əhəmiyyətlidir. Bu turnir mənim dördüncü lisenziya xarakterli yarışım olacaq ki, artıq iştirak edəcəm və mənə görə çox əhəmiyyətlidir. Yanvarın beşindən etibarən bizim təlim-məşq toplanışlarımız başlayıb. Hazırlıq prossesi zamanı bəzən travmalar yaşaya bilərik, buna baxmayaraq hazırlığımızı davam etdiririk. Bu Avropa çempionatında maksimum lisenziya xalları qazanmalıyıq ki, sonra geridə cəmi bir lisenziya xarakterli turnirimiz qalır.

Dadaş Dadaşbəyli əsas istəyinin olimpiyadaya yollanmaq olduğunu söyləyib. 
"Belə desək Avropa çempionatına qarşımıza qoyduğumuz məqsəd lisenziya xalları qazanmaqdır. Beynəlxalq ağır atletika və antidopinq qaydalarının qoyduğu nizamnaməyə əsasən biz 6 yarışda iştirak etməliyik və son 2 turnirimiz qalıb. Hədəfimiz yalnız lisenziya xallarımızı artırıb olimpiyadaya yollanmaqdır və bunun üçün mən əlimdən gələnin ən yaxşısını edirəm".

Qeyd edək ki, Ağırlıqqaldırma üzrə Avropa çempionatı fevral ayının 12-20-i tarixlərində keçiriləcək. 







Müsahibə