14 aprel 2025. Bazar ertəsi
AFFA-nın Hesabat Konfransı keçirilib

Murat Dikmen : "Qazanan komanda böyük ehtimalla ikinciliyi təmin edəcək" - EKSKLÜZİV MÜSAHİBƏ

"Xəzri" klubunun çalışdırıcısı növbəti oyunla bağlı gözləntilərini bölüşüb


Murat Dikmen : "Qazanan komanda böyük ehtimalla ikinciliyi təmin edəcək" - EKSKLÜZİV MÜSAHİBƏ

Azərbaycan Basketbol Liqasında XII tur start götürür.

90deqiqe.az xəbər verir ki, turun açılış matçında "Xəzri" və "Cəlilabad" kollektivləri qarşılaşacaqlar. Saytımıza eksklüziv müsahibə verən Bakı təmsilçisinin çalışdırıcısı Murat Dikmen gərgin oyun olacağını və mütləq qələbə qazanacaqlarını qeyd edib. Həmin açıqlamanı təqdim edirik :

“Əvvəlcə sabah “Cəlilabad”la keçirəcəyimiz matç barəsində danışmaq istərdim, ardıcıl iki qələbə qazandıq və sabahda qələbə üçün əlimizdən gələni edəcəyik. NTD İNDİGO nun məğlub olduğu bu həftədə qələbə qazanıb, növbəti həftə eyni şərtlərdə və eyni xalla çıxıb Xaçmaz klubuna qarşı döyüşmək istəyirik. Qazanan komandanın böyük ehtimalla bu mövsüm ikinciliyi təmin edəcəyi şübhə doğurmur. O səbəblə də, qarşıdakı görüşdə də mütləq qələbə qazanmalıyıq. Yeni oyunçumuz Yusuf Muhammeddə artıq sıralarımıza qatılıb və sabahkı matçda da bizimlə olacaq. Rəqib kollektiv də mənfi gedişata son qoymaq istəyəcək, bu səbəblə əlimizdən gələnin ən yaxşısı edəcəyik”.

Qeyd edək ki, "Xəzri" - "Cəlilabad" matçı sabah saat 16:00.da "Sərhədçi İdman Olimpiya Kompleksi"də start götürəcək. 







Müsahibə