- Müsahibə
- 21:21 11.02.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turunun “Araz Naxçıvan”la qarşılaşmasından sonra (3:1) açıqlama verib.
90deqiqe.az xəbər verir ki, o, “CBC Sport”un əməkdaşının suallarını cavablandırıb:
"Məncə bu oyun barədə çox danışmaq düzgün olmaz.Hansısa bir səhvlərimizi abartmaq doğru olmaz çünki hələ də komanda tam hazır deyil.Amma ümumən çox diqqətli oynayan kollektivim varıydı hansı ki, çox vacib bir qalibiyyət əldə etdik. Meydanda 90 dəqiqə hazır olmayan komanda vardı.İstər istəməz hələ o dinamikanı bərpa etməmişik ki, 90 dəqiqə oyunun içində ola bilək. Qarşımızda çox sürətli oyunçuları olan, çox bacarıqlı texniki oyunçuları olan kollektiv var idi.İkinci hissədə daha çox bizim üçün çətinlik yaratdılar.Hansı ki, qol vurdular və qol epizodları yaratdılar.Ümumi götürsək maraqlı oyun alındı.Hər iki komandaya təşəkkür düşür. "
- Yeni transfer Aleksey İsayevin oyununu necə qiymətləndirərdiniz?
- Məncə pis alınmadı. Kollektivə demək olar ki, tam uyğunlaşdı.Sadəcə biz daha yaxşı Aleksey görmək istəyirik və daha aktiv, daha dinamik. İnşaAllah qarşıdakı oyunlarda get gedə kollektivə uyğunlaşacaq və komandaya daha çox fayda verəcək.Çünki bu qabiliyyət onda var.
- Marko Yankoviçin zədəsinin son durumu ilə bağlı vəziyyət necədir?
- Cüzi bir sınıq aşkarlanıb, dirsəyində.Demək olar ki, fərdi məşqlərini bərpa edib.Sabahdan böyük ehtimal daha aktiv başlayacaq. Gəncə ilə oyunda olmasa da, qarşıdakı oyunlarda onun hazır olma ehtimalı çoxdur.
- Kevin Medinanın son durumu və "Braqa" ilə görüşdə meydanda olacaqmı?
- Xeyir, "Braqa" ilə görüşə çatmayacaq. Çünki zədəsi elə bir zədədir ki, özünü yaxşı hiss etsə də, buna mütləq vaxt lazımdır ki, tam bərpa olsun.Amma "Braqa" ilə görüşə əminliklə deyə bilərəm ki, olmayacaq.
- Hansı mövqelərə transferlər düşünülür?
- Həm müdafiə xəttinə həm də hücum xəttinə axtarışlarımız davam edir. Danışıqlar aparılır.Qarşıdakı günlərdə bunu reallaşdırıb ya reallaşdıra bilməyəcəyimiz bəlli olacaq.