27 iyul 2024. Şənbə

Maykl Ouen : "Darvin Nunyez Salahı əvəz edə bilər"


Maykl Ouen : "Darvin Nunyez Salahı əvəz edə bilər"

"Liverpul", "Nyukasl" və "Mançester Yunayted"in keçmiş hücumçusu Maykl Ouen Mersisayd klubunun futbolçuları Məhəmməd Salah və Darvin Nunyez haqqında danışıb .

90deqiqe.az "TalkSPORT"a istinadən xəbər verir ki, Ouen bu sözləri səsləndirib :

“Söhbət “Liverpul”un gələcəyindən gedirsə, aydın olur ki, söhbət Salahdan getmir. Nə vaxtsa kimsə onu əvəz etməli olacaq. Nunyez bu komandada bunu bacaran yeganə futbolçudur. İnanıram ki, onun Premyer Liqa standartlarına görə çox güclü oyunçu olmaq potensialı var. Hazırda onun buna tam hazır olduğunu düşünmürəm, amma Darvin çox güclü futbolçu, çox bacarıqlı oğlandır. Deməli, bəli, o, vaxtı gələndə Salahı əvəz edə bilər”

Bu mövsüm 24 yaşlı Nunyez Premyer Liqada 20 matça çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.







Müsahibə