27 iyul 2024. Şənbə

UĞUR ÖZDƏMİR: "Basketbolçularıma bu gözəl qələbəyə görə təşəkkür edirəm"


UĞUR ÖZDƏMİR: "Basketbolçularıma bu gözəl qələbəyə görə təşəkkür edirəm"

Bu gün Azərbaycan Basketbol Liqasınsa 12-ci turun növbəti matçı keçirilib. 

"Sərhədçi İdman Olimpiya Kompleksi"də baş tutan "Sabah" - "Xırdalan" matçında qonaqlar əlavə dəqiqələrində qalib olublar. 103 - 107.

Matçdan sonra "Xırdalan" komandasının baş məşqçisi Uğur Özdemir klubun mətbuat xidmətinə oyun haqqında fikirlərini bölüşüb:

-"Hər saniyəsi gərgin keçən bir qarşılaşma oldu. Əlavə vaxt da daxil olmaqla hər iki komanda gözəl oyun sərgilədi.Zövqlü oyun sərgilədiyimizi düşünürəm.Komandam son saniyəyədək mübarizə apardı. Qarşımızda avrokuboklarda çıxış etmiş komanda var idi.Çox təcrübəli oyunçulardan qurulub heyətləri. Amma 1 dəfə də olsun güclü rəqib qarşısında geri addım atmadılar basketbolçularım.Onlara bu qələbəyə görə təşəkkür edirəm. Qalibiyyətin memarları oyunçularımdı. 
-Biz mövsümün əvvəlindən də yaxşı basketbol oynamağa çalışırdıq. Bəzi çatışmayan cəhətlərimiz var idi.Onları düzəltdikdən sonra addım-addım irəliyə gedirdik. Hazırda olduğumuz sıra layiq olduğumuz sıra deyildi.Mən belə düşünürəm. Təkrar bu matça qayıtsaq bəzi oyunçularım həddindən artıq bu oyunu gözləyirdi və özlərini  matça hazırlayırdılar. Sonda hər şey istədikləri kimi oldu. Komandamı bir daha ürəkdən təbrik edirəm."

Qeyd edək ki, turun digər oyunları 26, 27 və 28 yanvat tarixlərində baş tutacaq.







Müsahibə