27 iyul 2024. Şənbə

Sevda Mirzəyeva: “Bunlar bölgələrdə atletikanın inkişaf etdiyini sübut edir”


Sevda Mirzəyeva: “Bunlar bölgələrdə atletikanın inkişaf etdiyini sübut edir”

“Atletika idman növü üzrə qış çempionatı keçirilir. Bu çempionat mühüm əhəmiyyət kəsb edir”.

90deqiqe.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva atletika üzrə Qış Azərbaycan çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Qurum rəsmisi bildirib ki, bu il Olimpiya ilidir: “Bu yarış da Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyır. Həmçinin ölkə qış çempionatı bu il keçiriləcək atletika üzrə dünya və Avropa çempionatlarına daha da yaxşı şəkildə atletlərimizin hazırlaşması üçün şans yaradır. Yarışda ölkəmizin altı bölgəsindən olan atletlərimiz öz güclərini sınayacaqlar. Bütün bunlar bölgələrimizdə atletika idman növünün inkişaf etdiyini sübut edir. Yarışda idmançılarımızın birgə mübarizə aparması onların təcrübəsini daha da artıracaq. İnanırıq ki, bu yarışda uğurlu nəticələrə şahid olacayıq”.

Qeyd edək ki, Atletika üzrə qış çempionatı yanvarın 27-dək davam edəcək.

Banuçiçək Hüseynli







Müsahibə