- Müsahibə
- 13:32 26.11.2025
90deqiqe.az xəbər verir ki, bu sözlər fəaliyyətini dayandıran “Xarı Bülbül Laçın” və "Xarı Bülbül Şuşa" klublarının təsisçisi olan İlqar İmamquliyevlə məxsusdur.
Açıqlamanı təqdim edirik :
"Əslində mən bu layihəni o qədər böyük arzu və istəklə yaratmışdım ki, bu qədər tez bitəcəyini heç düşünmürdüm. Və əksər insanda vətənpərlik hissi ölüb və onlar başqalarında da özlərinə xas nüansları axtarib tapmaq istəyirlər. Bu səbəblə məsələ başqa qollara şaxələnir. Lakin bu, bizdə urəkdən gəlir və bizim kiməsə nəisə sübut etməyə ehtiyacımız yoxdur. Bütün bu mənfi amillərə baxmayaraq, biz yolumuza davam edirik. Komanda tam olaraq tam dağılmayıb. Gənc voleybolçularla aşağı yaş qruplarında yolumuza davam edəciyik. Bu qədər uşağın karyerasını silib kənara ata bilmərik. Çünki onlar hansısa xəyallarla bu nöqtələrə gəliblər. Bizim əsas ümid yerimiz ölkə prezidenti İlham Əliyevdir. Və əminəm ki, cənab ali baş komandan bu məsələni eşitsə, imkan verməyəcək ki, Şuşa və Laçının adını daşıyan klublar dağılsın. Ona görə hələki davam edirik. Lakin yaxın müddətdə bu cür başqa layihə irəli sürülsə, bu mövcud vəziyyətdə və bu mövcud insanlarla heç cür bir yola çıxası deyiləm".