- Müsahibə
- 13:32 26.11.2025
90deqiqe.az saytının xəbər verirdiyi kimi, bu gün "Sportsman" jurnalının keçirdiyi "Zəfər 2023" Beynəlxalq idman mükafatlarının təqdimetmə mərasimində ilin idman komandası güləş millisi olub.
Mükafatı alan Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı saytımıza eksklüziv müsahibə verib.
Həmin açıqlamanı təqdim edirik :
"Sərbəst güləş millimiz Avropa çempionu olub. Yunan-roma kollektivimiz isə dünya çempionu və Avropa ikincisi olub. Ümumilikdə 12 dəfə komandalarımız mötəbər turnirlərdə ilk üçlükdə qərarlaşıb. Buda kifayət qədər yüksək göstəricidir. Təşəkkürümüzü bildiririk, "Sportsman" jurnalının keçirdiyi "Zəfər 2023" Beynəlxalq idman mükafatları mərasimində ilin ən yaxşı komandası adına layiq görüldük. Bu da bizə daha çox motivasiya verir. Çünki 2024-cü ildə məsul ildi, bizi qarşıda Avropa çempionatı gözləyir. Çalışacıyıqki bu turnirdə maksimum lisenziya qazanaq. Və təbii ki, ilin ən önəmli turniri Paris 2024 Yay Olimpiyada oyunlarında əsas medal ümidi güləşçilərimizdəndir. Bizdə çalışacayıq ki, bu ümidləri doğruldaq".