5 dekabr 2025. Cümə

Florian Zenqstşmid : "Biz burada müxtəlif beynəlxalq yarışlar keçirə biləcəyik"


 Florian Zenqstşmid : "Biz burada müxtəlif beynəlxalq yarışlar keçirə biləcəyik"

90deqiqe.az xəbər verir ki, Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə 27-28 yanvar tarixlərində xizək fristaylının moqul növü üzrə master-klass təşkil edilib.

Azərbaycan Qış İdman növləri Federasiyasının vitse-prezindeti Florian Zenqstşmid ölkəmizdə müxtəlif beynəlxalq yarışların təşkil edilməsinin mümkünlüyünü söyləyib :

"Bu cür tədbirlər yerli idmançıların təlim keçməsi ilə yanaşı, Şahdağda yaradılmış şəraitlə daha yaxından tanış olmaq baxımından böyük əhəmiyyət daşıyır. Düşünürəm ki, biz burada gələcəkdə nüfuzlu idmançıların da çıxış edəcəyi müxtəlif beynəlxalq yarışlar keçirə biləcəyik. Bu isə Azərbaycanda qış idman növlərinin, o cümlədən xizək fristaylının moqul növünün inkişafına böyük töhfə verəcək".

 







Müsahibə