- Müsahibə
- 22:18 20.10.2024
90deqiqe.az xəbər verir ki, bu sözlər Azərbaycan Kapoeyra Federasiyasının kiçiklərdən ibarət yığma komandasına rəhbərlik edən məşqçi, həmçinin Kapoeyra üzrə dünya çempionu, dəfələrlə yerli və beynəlxalq yarışların qalibi olan və hazırda da idmançı kimi növbəti beynəlxalq turnirə hazırlaşan Fərid Allahverdiyevə məxsusdur.
Təcrübəli idmançı yeni mərkəzlə bağlı detalları diqqətə çatdırıb :
"Son günlərdə Azərbaycan Kapoeyra Federasıyasının dəstəyi ilə "Pernada" klubunun mərkəzi açılıb. Və bir orada valideynlər və uşaqlar üçün bütün şəraiti yaratmışıq. Bizim idman növü sırf müsiqi ilə bağlıdır. Kapoeristlər musiqi ilə vəhdətdə olurlar və hərəkətləri ritmlərə uyğun edirlər. Azadlıqda yerləşən mərkəzimiz isə hər cür şəraitlə təmin olunub. Duş, istilik sistemi və digər təchizatlar yüksək səviyyədədir. Valideynlər zala gələ bilmədikdə belə, əraziyə quraşdırılmış kameralar vasitəsi ilə online şəkildə övladlarının məşqini izləyə bilərlər".