4 dekabr 2024. Çərşənbə

Emre Belözoğlu üsyan etdi: "Bu günə qədər dünyanın ən pisi"

"Bu biabırçı meydanda top oynamağa çalışan 22 futbolçunun hamısını təbrik edirəm"


Emre Belözoğlu üsyan etdi: "Bu günə qədər dünyanın ən pisi"

"Ankaragücü"nün baş məşqçisi Emre Belözoğlu "Sivasspor" matçından sonra verdiyi açıqlamada meydança ilə bağlı sərt açıqlamalar verib.

Tütrkiyə Superliqasının 24-cü turunda "Ankaragücü" ilə "Sivasspor" arasında keçirilən qarşılaşma 0:0 hesablı bərabərliklə yekunlaşıb. Ankaragücü baş məşqçisi Emre Belezoğlu öz meydanlarında oynadıqları matçdan sonra verdiyi açıqlamada, Eryaman Stadionunun ot örtüyündən şikayətləndi.

"Bu biabırçı meydanda top oynamağa çalışan 22 futbolçunun hamısını təbrik edirəm. Dövlətimiz çox gözəl stadionlar tikir,  amma futbolun oynanacağı yer meydanın içindədir, yerdədir. Açıq şəkildə deyirəm ki, məncə, dünyanın ən pis meydançaları Türkiyədədir. Futbolçu qardaşlarım adından üzr istəyirəm. Həm oyunçularım, həm də rəqib futbolçular belə pis meydanda əllərindən gələni etdilər. Ölkə futbolu adından çox üzgünəm, belə pis yerdə futbol oynayan futbolçu dostlarıma da çox təəssüf edirəm".







Müsahibə