4 dekabr 2024. Çərşənbə

Rəşad Rəsullu: “Bakı “Böyük Dəbilqə”sinə 70-dən çox ölkənin qatılacağı gözlənilir”


Rəşad Rəsullu: “Bakı “Böyük Dəbilqə”sinə 70-dən çox ölkənin qatılacağı gözlənilir”

“Fevralın 16-18-də Bakıda keçiriləcək “Böyük Dəbilqə”də 70-dən çox ölkədən komandaların mübarizə aparacağı gözlənilir”.

90deqiqe.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu deyib.

O bildirib ki, iştirakçı ölkələrdən Təşkilat Komitəsinə müraciətlər həftə sonuna kimi qəbul olunacaq, sonra dəqiq rəqəm açıqlanacaq: “Parisdə keçirilən “Böyük Dəbilqə”dən sonra bir çox komandalar Bakıda iştirak üçün ərizələrini yekunlaşdıracaq. Afrika ölkələri arasında da aktivlik gözlənilir. Onlardan bəziləri bir və ya iki idmançı ilə təmsil olunacaq”.

ACF rəsmisi əlavə edib ki, Bakıya gələcək cüdoçuların sayının 400-ə yaxın olacağı gözlənilir.







Müsahibə