4 dekabr 2024. Çərşənbə

Rüstəm Orucov : "O, yayda yenidən Parisə yollanacaq" - EKSKLÜZİV MÜSAHİBƏ

"Digər seçmələrə nəzər salsaq, bu halı çox az ölkələrdə görərik"


Rüstəm Orucov : "O, yayda yenidən Parisə yollanacaq" - EKSKLÜZİV MÜSAHİBƏ

 

90deqiqe.az xəbər verir ki, bu sözlər  Avropa çempionu, 2016-cı ildə Rioda keçirilən Yay Olimpiya Oyunlarında gümüş medalçısı və iki dəfə dünya çempionu olan Rüstəm Orucova məxsusdur. Qısa müddət əvvəl Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə"də idmançılarımızın uğurlarından danışan veteran cüdoçu mötəbər yarışdan danışmaqla yanaşı, "Paris-2024 Yay Olimpiya Oyunları"na maksimum heyətlə gedəcəklərini vurğulayıb. 

- Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" cüdoçularımızın çıxışını necə qiymətləndirdiniz?

- Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində yeni talantlar gördüm. Zelim Tçkayev 81 kiloqramda möhtəşəm zəfərlərə imza atdı. Düzdü hələki Olimpiyadaya gedəcək cüdoçular bəlli deyil. Lakin Zelimin yayda yenidən Parisə yollanacağını söyləyə bilərəm. 90 kqda isə Elcan Hacıyevin çıxışını qeyd etmək istərdim. Onun ilk görüşdə yaponiyalı idmançını udması çox çeydən xəbər verir. Yaponiyanın bir nömrəli idmançısını məğlub etdi. Həttda bizdə tam heyət, tutaq ki, Hidayət, Balabəy, Turan, Zelim Kotsoev güləşməyib. Əgər belə davam olsa, Paris 2024 Yay Olimpiya oyunlarında parlaq çıxışlara şahidlik edə bilərik.

- Sizcə ilin ən böyük yarışı Olimpiyadaya cüdo millisi tam heyətlə yollana biləcək?

- Cüdo tam heyətlə mötəbər turnirə yollanacaq. Bundan əminəm. Demək olar ki, hər çəki dərəcəsində iki lisenziya verilir ölkəmizə. Digər seçmələrə nəzər salsaq, bu halı çox az ölkələrdə görərik.

Qeyd edək ki, Rüstəm Orucov ötən il 8 avqust tarixində karyerasını başa vurub. 







Müsahibə