- 12:33 14.04.2024
"Gələcəkdə ölkəmizin bayrağını zirvələrdə dalğalandıracaq idmançılar yetişdirmək əsas istiqamət yolumuzdur"
90deqiqe.az xəbər verir ki, bu sözlər "ProSport" klubun təsisçilərindən biri beynəlxalq və milli dərəcəli hakim və məşqçi Leyla Hüseynliyə məxsusdur. Sabiq gimnast "ProSport İdman Klubu"nun gimnastikanın inkişafı üçün ciddi adımlar atacağına inandığını və klubda müxtəlif qrupların fəaliyyət göstərdiyini vurğulayıb.
"Hər kəsə məlumdur ki, ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti olduğu gündən bəri gimnastikada inkişaf və bu sahəyə olan maraq günü-gündən çoxalır. Bizdə “ProSport İdman Klubu” olaraq bu sahədə üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq. Əsas məqsədimiz gimnastikaya gənclər və uşaqlar arasında sevginin, marağın aşılanmasıdır. Eyni zamanda idmanın kütləviləşməsi yolunda öz üzərimizə düşən öhdəliyi yerinə yetirməkdir. Bu səbəblə də, gimnastikanın hamı üçün əlçatan olmasına çalışırıq. Belə ki, bizim klubumuzda atletlər müxtəlif qruplarda bu idman növü ilə məşğul olurlar. Eyni zamanda gələcəyini məhz gimnastika sahəsi üçün planlaşdıran idmançılar üçündə profesional qruplarımız mövcudur. Gələcəkdə ölkəmizin bayrağını zirvələrdə dalğalandıracaq idmançılar yetişdirmək əsas istiqamət yolumuzdur".
Qeyd edək ki, 2022-ci ilin 1 sentyabr tarixindən etibarən fəaliyyətə başlayan "ProSport İdman klubu"da 3 yaşdan 12 yaşa qədər yeniyetmə qızlar bədii gimnastika ilə oğlanlar isə akrobatika ilə məşğul olurlar.
Məşqlərini həftənin bazar ertəsi, çərşənbə və cümə günlərində Nərimanov rayonu, 8 noyabr metrosu yaxınlığında yerləşən "OLYMPİC STAR İdman və Əyləncə Mərkəzi"də keçirən komandada 3 müxtəlif qruplar mövcuddur.
I QRUP - 16:00-17:00.
II QRUP - 17:00-18:00.
III QRUP - 18:00-19:00.