27 iyul 2024. Şənbə

Samirə Səlimzadə : "Tiflisdə təşkil olunacaq beynəlxalq turnirə qatılmağı planlaşdırırıq" - FOTOLAR

"ProSport klubu tərəfindən təşkil olunmuş və gözəl şəhərimizin digər gimnastika klublarından olan idmançıların iştirak edə biləcəyi açıq turnir olacaq".


Samirə Səlimzadə : "Tiflisdə təşkil olunacaq beynəlxalq turnirə qatılmağı planlaşdırırıq" - FOTOLAR

 

90deqiqe.az xəbər verir ki, bu sözlər "ProSport" klubun təsisçilərindən biri beynəlxalq və milli dərəcəli hakim və məşqçi Samirə Səlimzadəyə məxsusdur. O qısa müddət sonra həm ölkədaxili, həm də Tiflisdə keçiləcək yarışlara qatılcaqlarını söyləyib.

"Hal-hazırda bizim komanda martda təşkil olunacaq klub turnirinə hazırlaşır. Bu ProSport klubu tərəfindən təşkil olunmuş və gözəl şəhərimizin digər gimnastika klublarından olan idmançıların iştirak edə biləcəyi açıq turnir olacaq. Ondan sonra isə Aprel ayında böyük məşqçi və gimnastlardan ibarət heyyətlə Tiflisdə təşkil olunacaq beynəlxalq turnirə qatılmağı planlaşdırırıq. 
Məşqlər gücləndirilmiş və intensiv şəkildə keçirilir.
Bu il bədii gimnastika üzrə qaydalar dəyişir və indi bütün məşqçilərin əsas vəzifəsi atletlərin kompozisiyalarını yeni qaydalara uyğun hazırlamaqdır. Uşaqlar və biz hədsiz motivasiyalıq, tam qərarlılıqla yeni yarış sezonuna hazırıq".

Qeyd edək ki, 2022-ci ilin 1 sentyabr tarixindən etibarən fəaliyyətə başlayan "ProSport İdman klubu"da 3 yaşdan 12 yaşa qədər yeniyetmə qızlar bədii gimnastika ilə oğlanlar isə akrobatika ilə məşğul olurlar. 

Məşqlərini həftənin bazar ertəsi, çərşənbə və cümə günlərində Nərimanov rayonu, 8 noyabr metrosu yaxınlığında yerləşən "OLYMPİC STAR İdman və Əyləncə Mərkəzi"də keçirən komandada 3 müxtəlif qruplar mövcuddur.

I QRUP - 16:00-17:00.

II QRUP - 17:00-18:00.

III QRUP - 18:00-19:00.

 







ProSport İdman Klubu