- Müsahibə
- 13:55 08.10.2024
Cari ilin əvvəlindən yüksək inkişaf yolu qət edən AFFA Yüksək Qızlar Liqasında 9 komanda mübarizə aparsa da, bəzi klublar qısa müddətlik fəaliyyətinə baxmayaraq adından söz etdirməyi vbacarır. Paytaxt təmsilçisi "Baku Juniors" kollektividə bu klublardandır.
90deqiqe.az saytına eksklüziv müsahibə verən klubun meneceri Ağasəf Osmanlı kollektivdə 50-dən çox qız futbolçunun olduğunu və qarşıdakı matçla bağlı fikirlərini bildirdi
Həmin müsahibəni təqdim edirik:
- Klub qisa müddətdir yaransa da adinnan söz etdirməyi bacarır, komandanın ümumi fəalliyyəti və hazirki durumu necədir?
- Klub olaraq 50-ə yaxın qıza xidmət göstəririk, 3 komandamız var. Yüksək qızlar liqası, u17 və u14 liqalarda çıxış edirik. Yüksək qızlar liqasında nəticəyə, aşağı liqalarda isə yetişdirmək və futbola cəlb etməyə fokuslanmışıq. Qadın futbolu iki maraq doğuran mövzuların tandemidir. Unikal kontentdir. Dünyada olduğu kimi ölkəmizdə də populyarlığı arzu edilən səviyyədə deyil. 7/24/365 fəaliyyətimiz həm da bu istiqamətdədir.
- Hazirda AFFA Yüksək qızlar liqasinda 3-cü pillədəsiniz ,bəs mövsum sonunda hədəf hansi pillədir?
- Tək məğlubiyyətimiz keçən ilin çempionu Sumqayıt ilə matçdadır. Hədəfimiz birinci bitirməkdir liqanı. Sumqayıt və Neftçi ilə bərabər biz də iddialıyıq Şanslarımız var. Bu ilin çempionu UEFA qadınlar çempionlar liqasında iştirak ilə davam edəcək
- Cari ayin 17-i Neftci ilə matca hazirliq necə gedir və komanda fasilə dövrûndə təlim məşq toplanisini necə kecdi?
- Neftçi ilə matç həm təcrübə həm turnir cədvəli baxımından prinsipial matçdır. Güclü heyyətə və uğurlu məşqçiyə sahibdirlər. Bu matça xüsusi hazırlaşırıq. Bəzi oyunçuları da cəlb etmək üçün çalışırıq. Büdcəmiz kiçik olduğundan daha keyfiyyətli oyunçuları cəlb etməkdə çətinlik yaşayırıq. Fasilə dövründə xüsusi təlim məşq keçmədik. Məşqlərimiz isə davam edirdi. Oyunçular istəklidir və bu bizi sevindirir. Gözəl və mübarizə dolu matç olacağına ümid edirəm.
Qeyd edək ki, "Baku Juniors" hazırda 4 oyuna topladığı 9 xalla AFFA Yüksək qızlar liqasında "Neftçi" və Xaçmazın "İnter" klubları ilə 3-5-ci pillələri bölüşür. Komamdanın ən sərrast futbolçusu Nahidə Məmmədova 29 qolla çempionatın bombardirlər yarışına başçılıq edir.