4 dekabr 2024. Çərşənbə

Seymur Məmmədov: "İlk dəfə snooker üzrə ölkə birinciliyi təşkil edəciyik" - EKSKLÜZİV MÜSAHİBƏ

"Qarşıda bizi 8 ölkə çempionatı, beynəlxalq turnirlər və dünya çempionatları gözləyir".


Seymur Məmmədov: "İlk dəfə snooker üzrə ölkə birinciliyi təşkil edəciyik" - EKSKLÜZİV MÜSAHİBƏ

Bu sözlər Azərbaycan Bilyard Federasiyasının prezidenti Seymur Məmmədovə məxsusdur.

90deqiqe.az saytına eksklüziv açıqlama verən prezident qarşıda 8 ölkədaxili çempionatın olacağını və gələcəkdə millinin heyətində qadın bliyardçılarında iştirak edəcəyini söyləyib. 

Həmin müsahibəni təqdim edirik.

- Bilyard federasiyasınin 2024-cü il üçün hədəfləri nələrdir? Ümumiyyətlə, ölkəmizdə bilyardın kütləviliyi hansı səviyyədədir?

- Bizim öz strategiyamız var. Cari ildə əsas hədəfimiz bilyardı idman növü kimi tanıtdırmaqdır, banklar, media nümayəndələri, şirkətlər arasında bir neçə yarışlarımız nəzərdə tutulub. Qarşıda bizi 8 ölkə çempionatı, beynəlxalq turnirlər və dünya çempionatları gözləyir. May ayında Qubada, hansıki 2024-cü ilin İdman Paytaxtında turnir keçirməyi planlaşdırıq. Şəkidə və Gəncədə də yarışlar təşkil etmək istəyirik. Bakı çempionatınıda yenidən bərpa etdik. 2024-cü ilə ümumilikdə 4 paytaxt turniri keçirməyi planlaşdırıq. İlk dəfə snooker üzrə ölkə birinciliyidə keçirəciyik. 

- Qadınlardan ibarət milli komanda da nə zaman yaradılacaq?

- O məsələ bizdə ən ağır məsələdi. Sizində bildiyiniz kimi biliyarda bizdə əyləncə kimi baxırlar. Gələcəkdə qadınlar, gənclər və həttda uşaqlar arasında da turnir təşkil edəciyik

- Federasiyaya məşqçilər təyin edilib? Xaricdən mütəxəssis gətirməyi düşünürsüz?

- Bizdə hazırda həm məşqçilər, həmdə yığmaya rəhbərlik edən baş məşqçimiz var. Azərbaycanda ilk federasiyanı yaradanlardan Şəmsi Azad bizimlə birlikdədir.  Mən özümdə seçmə komandaya müəllimlik edirəm. Gələcəkdə xaricdən mütəxəssis gətirməyi də düşünürük.

-Siz özünüz Azərbaycan bliyardını dünyada təmsil etmiş ən məşhur simalardansınız, hazırda heyətdəki idmançılara nələri məsləhət görürsünüz?

- Mən ən çox bizim idmançılara psixoloji köməkliklər edirəm. Və idmançı üçün ən əsası budur.

Qeyd edək ki, Ramin Səməndərov, Seyhun Ağayev, Yahya Məmmədov və Azər Hacıyevdən ibarət seçməmiz fevralın 27-dən martın 2-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək mundialda Azərbaycanı təmsil edəcəklər.







Müsahibə