22 oktyabr 2024. Çərşənbə axşamı

Musa Qurbanov: "Qarabağ"dan gözləntim yalnız qələbədir"!

"Musa Qurbanlı haqqında şayələrə inanmıram"


Musa Qurbanov: "Qarabağ"dan gözləntim yalnız qələbədir"!

90deqiqe.az xəbər verir ki, bu sözləri “Zaqatala” PFK-nın İdarə Heyətinin üzvü Musa Qurbanov bu gün Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə “Zaqatala” futbol klubu və “Music Gallery” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimindən sonra söyləyib

Həmin açıqlamanı təqdim edirik: 

- Cəmi 3 gün sonra ölkə futbolu adına tarixi ana şahidlik edəciyik. "Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Braqa" ilə qarşılaşır. Matçdan gözləntiləriniz nələrdir?

- Hamı kimi mənimdə gözləntim, "Qarabağ"dan qələbədir. İnanıram ki, komandamız həm azərbaycan xalqını həm də bizi qalibiyyətlə sevindirəcək. 

- Legioner futbolçumuz Musa Qurbanlı haqqında İsveç klubunu tərk edəcəyi şayələri dolaşır, bu barədə nə qeyd etmək istərdiniz?

- Musa Qurbanlı ilə mütəmadi danışıqlarımız olur, hazırda yaxşı vəziyyətdədir. Özü həmişə "Yurqorden" rəhbərliyi ilə münasibətdədir. Onlarda hər addımlarında bildirirlər ki, Musadan razıyıq. Sadəcə İsveç bizim ölkəmizə bənzəmir. Ola bilər ki, uyğunlaşma prossesi çətin keçsin. Amma Musa o qədər işgüzar futbolçudur ki, mən inanıram ki, o, gözləntiləri doğruldacaq. 

 

 







Müsahibə