4 dekabr 2024. Çərşənbə

Ömər Cavadov : "Turnirdən öncə çoxumuz xəstələnmişdik" - MÜSAHİBƏ


Ömər Cavadov : "Turnirdən öncə çoxumuz xəstələnmişdik" - MÜSAHİBƏ

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. 43 ölkədən 402 atletin qatıldığı çempionatda artıq 1 idmançımız mübarizəsini yekunlaşdırıb. Sabah isə daha iki idmançımız mübarizəyə start verəcək.  

90deqiqe.az xəbər verir ki, təmsilçilərimizdən 67 kq çəki dərəcəsində İsa Rüstəmov və Tehran Məmmədov, 73 kq-da Ömər Cavadov, 81 kq çəkidə Ravin Alməmmədov və Füqan Əliyev, 89 kq-da Nurlan Məmmədzadə, 102 kq-da Əli Şükürlü, 109 kq çəkidə isə Dadaş Dadaşbəyli mübarizəyə qoşulacaqlar.

Fevralın 15-də körpücük üzərinə çıxacaq 73 kq-da yarışan Ömər Cavadovun turnirlə bağlı fikirlərini öyrəndik. 

Həmin açıqlamanı təqdim edirik :

“Yarışa normal şəkildə hazırlaşmışıq. Turnirdən öncə çoxumuz xəstələnmişdik. Bir qədər formadan düşmüşdük. Lakin buna baxmayaraq, tezliklə toparlanmağı bacardıq və hazırda medal əldə etmək üçün var gücümüzlə yarışmağa hazırıq. Bu turnir lisenziya xarakterli olsa da, hər şey Taylandda olacaq Dünya Kubokundan sonra bəlli olacaq. Ümid edirəm ki, Paris-2024 Yay Olimpiya oyunlarına yollana biləciyik. Əlimizdən gələni edəciyik”.







Müsahibə