13 aprel 2025. Bazar günü
AFFA-nın Hesabat Konfransı keçirilib

Nadal: "Cokoviç tarixin ən yaxşı tennisçisidir"

"Onun uğurunu görəndə hirslənmək istəmirəm"


Nadal: "Cokoviç tarixin ən yaxşı tennisçisidir"

Böyük Dəbilqə yarışlarının 22 qat çempionu, keçmiş dünya bir nömrəsi, ispan tennisçi Rafael Nadal dünya reytinqinin lideri, 36 yaşlı serbiyalı idmançı Novak Cokoviç haqqında danışıb .

90deqiqe.az xəbər verir ki, Nadal Novakı tarixin ən yaxşısı hesab edir.

“Düşünürəm ki, Novak yaxşı insandır. Onun uğurunu görəndə əsəbləşmək istəmirəm. Mən deyərdim ki, o, tarixin ən yaxşı tennisçisidir. Onun bədəni mənimkindən daha yaxşıdır və bu da vacibdir”

Xatırladaq ki, Cokoviç “Australian Open 2024”də titulunu qoruya bilməyib.O, gələcək çempion italiyalı Yannik Sinnerə uduzub. Serb tennisçinin çıxış edəcəyi növbəti turnir Indian Vellsdə (ABŞ) “Masters” turniri olacaq. Müsabiqə martın 6-dan 17-dək keçiriləcək. Cokoviç 24 Böyük Dəbilqə titulunu qazanıb.







Müsahibə