27 iyul 2024. Şənbə

Siyasət Əsgərov : "Bizim məqsədimiz çempionluqdur"

"Adaptasiya prossesində çətinlik çəkmədim"


Siyasət Əsgərov : "Bizim məqsədimiz çempionluqdur"

90deqiqe.az xəbər verir ki, AFFA Yüksək Qızlar Liqasında VII turun çərçivəsində baş tutan "Neftçi" - "Baku Juniors" matçından sonra meydan sahiblərinin baş məşqçisi "ağ-qaralar"ın kanalına müsahibə verib. 

Komandaya adaptasiyasından danışan Siyasət Əsgərov "Neftçi"nı çempion etmək istəyini vurğulayıb. 

"Çətin matç oldu, gözləmirdik belə oyunu. Həttda hesabda da geri düşdük, amma qızlarımız toparlanaraq nəticəni xeyrimizə dəyişməyi bacardı. Səhvlərimiz üzərində işləyib, növbəti görüşlərə tam ciddi hazırlaşacayıq.

Milli komandanın çox oyunçusu “Neftçi”də olduğu üçün adaptasiya prossesində çətinlik çəkmədim. Əsas məsələ məşqdə verdiyim tapşırıqların oyuna ötürüləməsi ilə bağlı yaşadığımız problemlərdir ki, bunun da düzəlməsi üçün zamana ehtiyac var. Ümidvaram ki, növbəti matçlarda daha inamlı “Neftçi” görərik. Bizim məqsədimiz çempionluqdur və bunun üçün addımlar atacıyıq".

Qeyd edək ki, Siyasət Əsgərov həmçinin qadınlar milli komandamızında çalışdırıcısıdır. 







Müsahibə