22 oktyabr 2024. Çərşənbə axşamı

Nahidə Məmmədova : "Hədəfim 88 top səddini aşmaqdır" - FOTOLAR


Nahidə Məmmədova : "Hədəfim 88 top səddini aşmaqdır"  - FOTOLAR

90deqiqe.az xəbər verir ki, bu sözlər "Baku Juniors" kollektivinin lideri Nahidə Məmmədovaya aiddir. O, "Neftçi" ilə görüşdən sonra əməkdaşımızın suallarını cavablandırıb.

-Matçla bağlı nə düşünürsən?

-Bu görüşdə çətində olsa, gücümüzü meydana qoyduq. Düzdü çatışmayan detallarımız var, amma əlimizdən gələni etməyə çalışdıq. "Neftçi" güclü rəqiqdir. Hansı ki bu da meydanda özünü göstərirdi. 

-Çempionatın bombardiri olsan da, bu matçda fərqlənə bilmədin. Qol üçün nə çatmırdı?

-Çempionatda bombardir olsam da, bu matçdan öncə uzun müddət zədəli qalmağım tam şəkildə öz potensialımı açmağa imkan vermədi, ümumilikdə oyun ərzində fasilələrin çox olması, zamanın çərçivəli olmasına gətirib çıxardı ki, bu da əksər idmançıda aqressiya yaradır. 

-İlk dövrənin sonuna yaxınlaşırıq, ümumilikdə mövsümün geridə qalan hissəsində performansın ne

-Zədəm düzəldikdən sonra daha iddialı oynamağı düşünürəm, qollarımı yenidən sıralayacam. Çünki hədəfim 88 top səddini aşmaqdır. "Neftçi"ni isə cavab oyununda mütləq üstələyəciyik. 

Qeyd edək ki, 19 yaşlı Nahidə Məmmədova AFFA Yüksək Qızlar Liqasında 36 qolla bombardirdir.







Müsahibə