14 aprel 2025. Bazar ertəsi
AFFA-nın Hesabat Konfransı keçirilib

Alfa Konte: "Qarabağ"la oyun çətin olacaq" - MÜSAHİBƏ


Alfa Konte: "Qarabağ"la oyun çətin olacaq" - MÜSAHİBƏ

Misli Premyer Liqasına qeyri-stabil çıxışı ilə diqqət çəkən “Neftçi” 24-cü turun hazırlıqlarını davam etdirir. 2 məğlubiyyətin ardınca son oyunda “Zirə” üzərində qazanılan minimalhesablı qələbə komandada özünəinamı artırıb. “Ağ-qaralar” həftəsonu “Turan Tovuz” səfərinə yollanacaqlar.

90deqiqe.az xəbər verir ki, "Neftçi"yə yeni qoşulan Alfa Konte adaptasiya prosesindən danışıb : 

“Bura yeni gələndə komandaya ataptasiya olunmağa çalışırdım. Tədricən hər şey yoluna düşür.  Hər növbəti qarşılaşmada özümü daha yaxşı hiss edirəm. Düzünü desəm, məncə, özümü tam göstərmək üçün daha çox zamana, daha çox oyuna ehtiyacım var. Oyundan-oyuna ritmə düşməyə çalışıram. Düşünürəm ki, tezliklə əsl Alfa Konteni görə bilərik”.

Siyerra Leonelu forvard "Qarabağ"al kubok görüşü barəsində də fikirlərini bölüşüb :

“Komanda olaraq ikinci yer uğrunda mübarizə aparırıq. Ümid edirik ki, daha yaxşı çıxış edərik. Pozitiv olmalıyıq, qələbələr qazanmalıyıq. Amma bəzən müəyyən vəziyyətlər yaranır ki, qələbə qazanmağı çətinləşdirir. Çempionatda ikinci olacağımıza inamım böyükdür. Biz həmçinin Ölkə Kubokunda da mübarizə aparırıq. Neftçidəki ilk kubokumu qazana bilərəm. Hər kəs buna inanır. “Qarabağ”la oyunun çətin olacağını düşünmürəm. Bütün oyunçular mənəvi cəhətdən buna hazırdır. Yaxşı komandamız var. Sadəcə pozitiv düşünməliyik. Əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
 

Qeyd edək ki, “Turan Tovuz” – “Neftçi” oyunu fevralın 24-ü saat 15-də start götürəcək. 







Müsahibə