- Müsahibə
- 21:21 11.02.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
90deqiqe.az xəbər verir ki, qışdan sonra inamlı çıxışı ilə diqqət çəkən “Xırdalan” komandası Azərbaycan Texniki Universiteninin idman zalında məşqlərini davam etdirir. Liqada 5-ci pillədə qərarlaşan komanda Azərbaycan kubokuna hazırlaşır.
Komandanın aparıcı üzvlərindən biri olan Cessi Gi öz performansını dəyərləndirib və kubokdakı hədəflərindən danışıb.
“Sezonun əvvəlinə görə indiki performansımız daha yaxşıdı inkişaf edirik və bu inkişaf bizi sevindirir. Məşqlərimiz yaxşı keçir hamımız kubok oyununu gözləyirik. Ancaq qələbə haqqında düşünürük, heyətimiz və məşqçilərimiz çox yaxşıdır.”
Qeyd edək ki, “Xırdalan”ın Azərbaycan kubokundakı ilk oyununda “Cəlilabad”la üz-üzə gələcək. Uğur Özdəmirin yetirmələri Azərbaycan Basketbol Liqasının 15-ci turunda isə "Xəzri" ilə qüvvəsini sınayacaq.