- Müsahibə
- 21:21 11.02.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Artıq 10 ildir ki, Avropada at oynadan “Qarabağ” kollektivi bu tarixi zəfərlərdən öncə də müxtəlif mövsümlərdə güclü heyətə malik olub.
90deqiqe.az xəbər verir ki, karyerasının qürub çağlarını Ağdam təmsilçisində keçirən, cəmi 1 mövsüm “köhlən atlar”ın formasını geyinməsinə baxmayaraq adından söz etdirməyi bacaran, bu müddətdə klubla ölkə kubokuna sahib çıxan şimali makedoniyalı futbolçu Artim Şakiri “Braqa” ilə matçöncəsi keçmiş komandasının şanslarını dəyərləndirib.
“Qarabağ” “Braqa” səfərinə yollanmazdan öncə azərbaycanlı jurnalistlərə açıqlama vermişdim. İlk görüşün xeyli maraqlı alınacağını və şansların bərabər olduğunu düşündüyümü bildirmişdim. Həmçinin fubolçular bacarıqlarının maksimumunu meydanda nümayiş etdirsələr, “Qarabağ”ın yaxşı futbol göstərmə qabiliyyətinə malik olduğunu da vurğulamışdım. Onlar bunu bacardılar. Qarşılaşmaya ciddi hazırlaşdıqları ilk dəqiqələrdən görünürdü. “Braqa”nın səviyyəsi və Avropada göstərdiyi performans hamıya bəllidir. Lakin “Qarabağ” oyunu ilə hamıya cütün favoriti olduğunu göstərdi. Futbolda kağız üzərində kimsə öncədən üstün görünə bilər bilər, lakin meydanda vəziyyət fərqlənir. Komandalardan hansı daha az topla oynasa, zəif fokuslansa, məğlub olacaq. “Qarabağ” da rəqibinə qarşı düzgün yanaşdı. Anlamaq lazımdır ki, ikinci oyun çətin olacaq. “Braqa” qazanmaq və mərhələ adlamaq üçün sona qədər oynayacaq. Bu, onlar üçün asan olmayacaq. Çünki “Qarabağ” daha çox təzyiq göstərəcək, geridə boşluqlar buraxmayacaq. Oyunçular da ilk oyuna görə matça daha fokuslanmış, diqqətli çıxacaqlar. Çünki hər hansı səhv ilk görüşdəki nəticəni puç edəcək. Komanadaya inanıram və mərhələyə keçəcəyini düşünürəm”.
50 yaşlı veteran yarımmüdafiəçi hazırki “Qarabağ”la onun oynadığı dövrdəki heyəti də müqayisə edib və futbolun zamanla dəyişməsinə münasibət bildirib:
"Mənim oynadığım dövrdə indiki arasında böyük fərqlər var. Futbolda hər növbəti 10 ildə çox şey dəyişir. Buna görə də dövrləri müqayisə etmək olmaz. Mənim oynadığım dövrdə “Qarabağ”ın Avropadakı ilk vaxtları idi. İnvestorlar daha sonra kluba xeyli pul ayırdılar. Ümid edirəm ki, “Qarabağ” sükanı belə saxlayar və yenidən Çempionlar Liqasında mübarizə aparar".
Artim Şakiri "Qarabağ"dan ayrıldıqdan sonrakı karyerası barəsində də məlumat bildirib:
"Keçən il Birləşmik Krallıqdan ölkəm Şimali Makedoniyaya qayıtdım. Ötən mövsüm “Şkendiya” rəhbərliyim altında Konfrans Liqasında yaxşı nəticələr əldə etdi. İki mərhələ adladıq və yalnız penaltilərdə məğlub olduq.Hal-hazırda baş məşqçi kimi təklif gözləyirəm.Azərbaycanda yenidən çalışmaq istəyirəm.Əgər belə bir fürsət yaransa bunu məmnuniyyətlə dəyərləndirərəm".