- Müsahibə
- 21:21 11.02.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
2012-ci ildə beynəlxalq dərəcəli hakim adını alan Gulyana Özcan hazırda hakimlik karyerasını davam etdirə bilmir.
90deqiqe.az saytına müsahibə verən respublikanın ilk FİFA dərəcəli qadın referilərindən biri olan Özcan yaşıl meydanlara nə vaxt dönəcəyi və digər aktual mövulardan danışıb.
Həmin açıqlamanı təqdim edirik :
- Nə vaxtsa yenidən sizi FİFA dərəcəli hakim kimi görə bilərik?
- Çox təəssüF ki xeyir,həm səhətimlə bağlı həm də övladlarımın körpə olması ilə əlaqədar onları qoyub gedə bilmərəm. Bilirsinizki hakimlik elə bir peşədirki hər zaman ezamiyyətlərdə olmalıyıq. İstər xarici ölkə istərsə də bölgələrimizə səfərlər çox olur. Amma illərlə qazandığım təcrübəni yeni qadın hakimlərin yetişməsində dəstək ola bilərəm. Təcrübəmi bölüşə bilərəm.
-Kişi referilərin say çoxluğununəzərə alsaq, qadın hakim olmaq psixoloji cəhətdən təzyiq yaratmır?
- Qadın hakimi olmaq ilk başladığım dövrlər üçün 2007- ci ilə təsadüf edir. O vaxtlar hardasa psixoloji təsir ola bilərdi. İndi isə düşünürəm ki artıq hər kəsin gözü qadın hakimləri meydançalarda Uefa Fifa oyunlarında görməyə alışıb eləcədə milli çempionatımızdada qadın hakimlərimiz var və artıq qadın hakimləri qəbul edirlər.
-Sizcə Çempionlar liqası, Avroliqa və ya Konfrans Liqasında oyun idarə etmək çətindir?
-Məncə çətin deyil həmin oyunları idarə etmək çünki,o oyunlara idarə edəcək hakimlər illərlə hakimlik etmiş və çox təcrübəsi olan fiziki və psixoloji durumu buna tab gətirə bilən hakimlər seçilir. Oyunların səviyyəsinə əsasən də hakim təyinatı olur.
-Əliyar Ağayevin Çempionlar liqasında idarəçiliyi ilə bağli nə düşünürsüz?
- Mən Əliyar Ağayevlə birgə oyun idarə etmişəm, çox təmkinli və qərarlarında qəti hakimdir.Düşünürəm ki, oyunları yüksək səviyyədə idarə edir. Bunun üçün onun kifayət qədər oyun idarə etmə təcrübəsi var.