- Müsahibə
- 13:55 08.10.2024
“Həmin günü düşünmək belə insanı həyəcanlandırır”
2012-ci ildə beynəlxalq dərəcəli hakim adını alan Gulyana Özcan hazırda hakimlik karyerasını davam etdirə bilmir.
90deqiqe.az saytına müsahibə verən respublikanın ilk FİFA dərəcəli qadın referilərindən biri olan Özcan yaşıl meydanlara nə vaxt dönəcəyi və digər aktual mövulardan danışıb. Daha əvvəl futbolçu olan Gulyana “Qarabağ”ın matçı və Nə zamansa Qərbi Azərbaycanda oyun idarə etməklə bağlı suallarımıza bu cür cavablar verib.
Həmin açıqlamanı təqdim edirik :
-Dəfələrlə Avrokuboklarda "Qarabağ"a qarşı qərəzli qərarlar görmüşük, bununla bağlı nə düşünürsüz?
-Bir eks hakim olaraq hesab edirəm ki,bu qərəz deyil sadəcə təsadüfdür.
-Yeri gəlmişkən, "Qarabağ"ın səfərdə Braqa üzərində vacib qələbəsi sizə gözlənilməz oldumu?
-Xeyir gözlənilməz deyil çünki, “Qarabağ” hər zaman səfər oyunlarını inamlı oynayır.
-Artıq 4 ilə yaxindir yaradılan VAR köməkci hakim funksiyasıni necə qiymətləndirirsiz? Sizcə bu halın hakimlərə köməyi nə dərəcədir?
-İlk öncə onu deyim ki, əlbətki VAR hakimlərə böyük köməkdir, ancaq hardasa bəzən hakimlərin gözündən yayınan bəzi epizodlarda geri qayıdıb səhvini düzəltməsi bəlkədə hakimin nüfuzuna azda olsa təsir edir.
-Son olaraq, bilirik ki, Qərbi Azərbaycanın Şişqaya əyalətində doğulmusunuz. Nə zamansa Qərbi Azərbaycanda oyun idarə etmək istərdinizmi?
-Qərbi Azərbaycanda oyun idarə etmək mənim ən böyük arzularımdan biridir. O gün yəgin ki həyatımın ən xoşbəxt günlərindın biri olacaq. Həmin günü düşünmək belə insanı həyəcanlandırır.