27 iyul 2024. Şənbə

Roy Kehat : "Yerimizi qoruyub saxlamalıyıq"

"Üç oyundur ki, qələbə qazana bilmirik"


Roy Kehat : "Yerimizi qoruyub saxlamalıyıq"

90deqiqe.az xəbər verir ki, bu sözlər "Sumqayıt"ın İsrailli futbolçusu Roy Kehata məxsusdur.

31yaşlı hücmumameyilli vinger Misli Premyer Liqasının 25-ci turunda "Kəpəz"lə keçirəcəklərə matçla bağlı gözləntilərini bölüşüb. Təcrübəli oyunçu azarkeşlərə stadionlara dəstəyə dəvət edib.

"Bu bizim üçün vacib bir matç idi. Ölkə çempionatında 3 oyundur ki, qələbə qazana bilmirik. Düşünürəm ki, turnir cədvəlinin yuxarı pillələrində yerimizi qoruyub saxlamalıyıq. Bu cür oyunlarda öz stadionumuzda necə qələbə qazanmalı olduğumuzu bilməliyik. Ümid edirəm ki, burada Neftçi ilə ilk oyundakı kimi azarkeşlər gəlib bizə dəstək olarlar"

Qeyd edək ki, "Kimyaçılar" Misli Premyer Liqasının 25-ci turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Kəpəz"i qonaq edəcək. Görüş martın 1-i, saat 19:00da səsləndiriləcək. 







Müsahibə